Ölkəyə qanunsuz yolla siqaret gətirilməsinin qarşısı alınıb

16-04-2019, 15:46
Oxunub: 130
Faktla bağlı araşdırma aparılır


Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Vaz 21074" markalı avtomobil saxlanılıb və sürücü şifahi sorğu-sual edilib.

Komitədən Etatist.com-a verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib. Bundan sonra avtomobilə baxış keçirilib. Yoxlama zamanı avtomobilin salonunda və yük yerində gizlədilən 3 000 ədəd "King" markalı siqaret aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti