Bu ilin I rübündə SOCAR 5,8 mln. ton neft ixrac edib

16-04-2019, 17:03
Oxunub: 84
Hesabat dövründə ölkə üzrə qaz ixracı artaraq 3,161 mlrd kubmetr təşkil edib


Cari ilin I rübündə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən 5,790 mln. ton xam neft ixrac olunub.

Report bu barədə SOCAR-ın yaydığı məlumata istinadən xəbər verir.

Hesabat dövründə ölkə üzrə qaz ixracı artaraq 3,161 mlrd kubmetr təşkil edib ki, bu da 2018-ci ilin analoji dövrünə nisbətən 27% çoxdur.

Bildirilib ki, ölkə və SOCAR-ın ixrac etdiyi qazın həcminin artmasının əsas səbəbi “Şahdəniz-2” qazının Türkiyəyə nəql edilməyə başlamasıdır. İndiyə qədər Cənubi Qafqaz boru kəməri vasitəsilə 1,4 mlrd. kubmetr kommersiya məqsədli qaz nəql edilib.

Neft və neft-kimya məhsullarının ixracı yanvar-mart aylarında 456 379 ton təşkil edib, bununla da əvvəlki ilin analoji dövrünə nisbətən 10,5% artım qeydə alınıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti