Vergilər naziri Yevlaxda vətəndaşları qəbul edəcək

16-04-2019, 16:59
Oxunub: 219
Qəbulda Yevlax, Bərdə, Tərtər, Ağdam, Şəki rayonları və Mingəçevir şəhər sakinləri iştirak edə bilər


Vergilər naziri Mikayıl Cabbarov aprelin 19-da Yevlax rayonunda vətəndaş qəbulu keçirəcək. 

Etatist.com-un Nazirliyə istinadən verdiyi məlumata görə, qəbul 11 saylı Ərazi Vergilər Departametinin inzibati binasında keçiriləcək.

Qəbulda Yevlax, Bərdə, Tərtər, Ağdam, Şəki rayonları və Mingəçevir şəhər sakinləri iştirak edə bilər.

Qəbula gəlmək istəyən vətəndaşlar 16-18 aprel 2019-cu il tarixlərində Yevlax rayonunda 11 saylı Ərazi Vergilər Departamentinə, habelə Bərdə, Tərtər, Şəki rayonları və Mingəçevir şəhər vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də Vergilər Nazirliyinin 195-1 Çağrı Mərkəzinə zəng etməklə və ya Nazirliyin office@taxes.gov.az elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti