Hesablama Palatasının kollegiya iclası keçirilib

16-04-2019, 16:54
Oxunub: 52
Hər bir nəzarət tədbiri üzrə auditor hesabatı barədə müvafiq qərar qəbul olunub


Bu gün Hesablama Palatasında növbəti kollegiya iclası keçirilib.

Palatadan Etatist.com-a verilən məlumata görə, iclasda həyata keçirilmiş aşağıdakı nəzarət tədbirləri üzrə auditor hesabatları müzakirə olunub:

- Bərdə Rayon Mərkəzi Xəstəxanasına ayrılan büdcə vəsaitlərin icrasına dair;

- Mədəniyyət Nazirliyinin Sumqayıt Regional Mədəniyyət İdarəsinə ayrılan büdcə vəsaitlərinin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrasına dair.

Hər bir nəzarət tədbiri üzrə auditor hesabatı barədə müvafiq qərar qəbul olunub. Nəzarət tədbirinin nəticələri üzrə qərarın icrasını təmin etmək məqsədilə aidiyyəti qurumlara kollegiya qərarının göndərilməsi və Milli Məclisə müvafiq məlumatın təqdim olunması qərara alınıb.

İclasda həmçinin İş Planı ilə nəzərdə tutulmuş kənar dövlət maliyyə nəzarəti tədbiri ilə bağlı proqramlar müzakirə olunaraq təsdiq edilib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti