Paris Notr-Dam kilsəsi yanır - VİDEO

15-04-2019, 22:42
Oxunub: 390
Yanğının kilsənin bərpa işləri aparılan hissəsində baş verdiyi bildirilir


Fransanın paytaxtında yerləşən Paris Notr-Dam kilsəsində yanğın baş verib.

Etatist.com-un Euronews-a istinadən verdiyi xəbərə görə, yanğının kilsənin bərpa işləri aparılan hissəsində baş verdiyi bildirilir. Yanğının səbəbi isə hələ ki məlum deyil.

Yanğın nəticəsində 850 illik tarixi kilsənin ən uzun qülləsi aşıb.

Hadisə yerinə gələn yanğınsöndürənlər, hazırda alovu söndürməyə çalışırlar. Əhaliyə yanğın səbəbindən hadisə yerindən uzaqlaşmaq çağırışı edilib.

Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti