Kanada Venesuelaya qarşı tətbiq etdiyi sanksiyalarını genişləndirib

15-04-2019, 20:49
Oxunub: 38
"Kanada Venesueladakı Konstitusiya demokratiyasının dinc bərpasına dəstək verir"


Kanada hökuməti Venesuelanın daha 43 vətəndaşına qarşı sanksiya tətbiq edib.

Report “Reuters”ə istinadən xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Kristia Frilandın rəsmi bəyanatında deyilir.

O, konkret adlar göstərməsə də, məhdudlaşdırıcı tədbirlərin Maduro rejiminin ali rütbəli rəsmilərinə, bölgə qubernatorlarına, demokratik təsisatların sarsıdılması istiqamətində tədbirlərdə bilavasitə əli olanlar”a qarşı yönəldiyini vurğulayıb.

“Maduro diktaturası hazırkı böhran üçün, venesuelalıların təməl hüquq və ehtiyaclardan məhrum olunması üçün hesabat verməlidir. Kanada Venesueladakı Konstitusiya demokratiyasının dinc bərpasına dəstək verir”, - bəyanatda qeyd olunur.

Bu gün kanadalı nazirin həmçinin Venesuela müxalifətinin lideri Xuan Quaidonu dəstəkləyən Lima Qrupu ölkələrinin Çilinin paytaxtı Santiyaqodakı toplantısında iştirak edəcəyi gözlənilir.

Qeyd edək ki, Kanada bundan əvvəl Venesuelanın 70 vətəndaşına sanksiya tətbiq etmişdir.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti