NATO Rusiya ilə əməkdaşlığı tamamilə dayandırıb

15-04-2019, 17:06
Oxunub: 107
Əməkdaşlıq NATO-nun təşəbbüsü ilə dayandırılıb


“Rusiya ilə NATO arasında mülki və hərbi sahə üzrə əməkdaşlıq tamamilə dayandırılıb”.

Report “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko bildirib.

Onun sözlərinə görə, əməkdaşlıq NATO-nun təşəbbüsü ilə dayandırılıb. A.Qruşko bildirib ki, münasibətlərdə yaranmış böhranlı vəziyyətdən çıxış üçün NATO-nun heç bir planı yoxdur.

Nazir müavini qeyd edib ki, rəsmi Moskva Şimali Atlantika Alyansı ilə yarana biləcək hərbi münaqişədən yayınmağı bacaracaq. O, hərbi blokla Rusiya arasında münaqişənin bəşəriyyət üçün fəlakət ola biləcəyini vurğulayıb. A.Qruşko deyib ki, NATO-nun hərbi xərcləri Rusiyanın hərbi büdcəsindən 22 dəfə çoxdur.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti