Kopenhagendə iğtişaşlar baş verib

15-04-2019, 17:04
Oxunub: 97
Polisin verdiyi məlumata görə, saxlanılanlardan bəziləri hakim qarşısına çıxarılacaq


Kopenhagendə miqrantlara qarşı etiraz aksiyası zamanı baş verən iğtişaşlar zamanı ötən gün 23 nəfər saxlanılıb.

Report “Euronews”ə istinadən xəbər verir ki, immiqrantlara qarşı sərt mövqeyi ilə tanınan və Rasmus Paludanın rəhbərlik etdiyi “Hard Line” – Sərt Xətt Partiyasının əsasən çoxmillətli əhalisi ilə seçilən Norrebro bölgəsində keçirdiyi və bəzi yerli KİV-in məlumatına görə, "Qurani-Kərim"in yandırıldığı nümayişdən sonra paytaxtın bir neçə bölgəsində keçirilən əks etiraz aksiyaları zamanı 23 nəfər polis tərəfindən saxlanılıb. 

Polisin verdiyi məlumata görə, saxlanılanlardan bəziləri hakim qarşısına çıxarılacaq.

Bununla bağlı Baş nazir Lars Lokke Rasmussen “Twitter”də yazıb: “İxtilaf toxumları əkməkdən başqa bir məqsəd güdməyən Paludanın mənasız təxribatları ilə qəti razılaşmıram. Fikirlər iğtişaşla yox, arqumentlə ifadə olunmalıdır”.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti