Argentina Cənubi Amerika Millətləri İttifaqından çıxıb

13-04-2019, 13:17
Oxunub: 34
"Argentina bu gün CAMİ-nin təsis olunması haqqında Müqaviləni ləğv edib"


Argentina Cənubi Amerika Millətləri İttifaqının (CAMİ) gündəliyi ilə razılaşmaması və birlikdaxili böhran səbəbindən qurumun tərkibindən çıxıb.

Report TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Argentina bu gün CAMİ-nin təsis olunması haqqında Müqaviləni ləğv edib", - deyə bəyanatda bildirilir.

Daha əvvəl Kolumbiya, Ekvador, Paraqvay və Peru bu addımı atıb. Quruma üzvlüyü Braziliya və Çili də dayandırıb. Hazırda CAMİ-də Boliviya, Venesuela, Uruqvay, Surinam və Qayana təmsil olunmaqdadır.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti