KXDR lideri Trampla üçüncü dəfə görüşməyə hazırdır

13-04-2019, 12:09
Oxunub: 54
Bu barədə şənbə günü Koreyanın Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb


KXDR Dövlət Şurasının sədri Kim Çen In Hanoedə (Vyetnam) yüksək səviyyədə baş tutan görüşün uğursuzluqla nəticələnməsinə baxmayaraq, ABŞ prezidenti Donald Trampla III sammiti keçirmək niyyətində olduğunu bildirib.

Report TASS-a istinadən xəbər verir ki, bu barədə şənbə günü Koreyanın Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.

Bildirilir ki, Kim Çen In bu bəyanatı aprelin 12-də 14-cü çağırış Ali Xalq Məclisinin (AXM) Pxenyanda keçirilən birinci sessiyasına toplaşan AXM deputatları qarşısında çıxışı zamanı deyib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti