Müdafiə Nazirliyinin Baş İdarəsində toplantı keçirilib

12-04-2019, 14:11
Oxunub: 32
Müvafiq xidmətlərə cavabdeh şəxslər görülən işlərlə bağlı ətraflı məruzələrlə çıxış ediblər


Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat (MTT) Baş İdarəsində bu ilin birinci rübünün yekunlarına dair toplantı keçirilib.

Nazirliyin mətbuat xidmətindən Etatist.com-a verilən məlumata görə, toplantıda MTT Baş İdarəsinin tabeliyində olan arsenal, baza, anbar və hərbi hissələrdə döyüş hazırlığının vəziyyəti, şəxsi heyətin mənəvi-psixoloji durumu, qoşun xidməti və hərbi intizamın təhlili aparılıb.

Müvafiq xidmətlərə cavabdeh şəxslər görülən işlərlə bağlı ətraflı məruzələrlə çıxış ediblər.

Yekunda cari ilin ikinci rübündə hərbi hissələrin silah-sursat, ərzaq, əşya və əmlak təchizatı, eləcə də şəxsi heyətin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması ilə bağlı Müdafiə nazirinin tapşırıqları vəzifəli şəxslərə çatdırılıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti