"Anonymous" Britaniya hökumətinə xəbərdarlıq edib

12-04-2019, 14:50
Oxunub: 64
"Assanjı azad edin, yoxsa bunun cəzasını çəkəcəksiniz"


"Anonymous" beynəlxalq anonim hakerlər və aktivistlər şəbəkəsi Londonda "WikiLeaks"in yaradıcısı Culian Assanjın saxlanılması ilə əlaqədar Böyük Britaniya hökumətinə və onların dünyadakı tərəfdarlarına müraciət edib.

Report xəbər verir ki, bu bəyanat şəbəkənin rəsmi saytında dərc olunub.

Şəbəkə nümayəndələrinin sözlərinə görə, Assanjın saxlanılması sirlərini qorumaq üçün Britaniya hökumətini heç nəyin dayandıra bilməyəcəyini sübut edir. Onlar qeyd ediblər ki, Assanj həm sağçıların, həm də solçuların sirlərini açdığına və müharibə cinayətlərini üzə çıxardığına görə 2010-cu ildən bəri hər il Nobel Sülh mükafatına namizəd olub.

"Bu, hökumətə xəbərdarlıqdır: Assanjı azad edin, yoxsa bunun cəzasını çəkəcəksiniz", - "Anonymous"un bəyanatında deyilir.

Şəbəkə nümayəndələri həmçinin indi Assanjın tərəfdarlarının birləşməsinin lazım olduğunu vurğulayıblar.

Qeyd edək ki, Assanj dünən Londonda saxlanılıb və ABŞ-a ekstradisiya edilə bilər.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti