Özbəkistanda qadınlar hərbi xidmətə çağırılacaq

12-04-2019, 15:17
Oxunub: 32
Hərbi xidmət keçmək istəyən qadınlar tibbi təhsil barədə orta-ixtisas diplomu təqdim etməlidir


Özbəkistan Müdafiə Nazirliyi qadınların müqavilə əsasında hərbi xidmətə çağırışını elan edib.

Trend-in məlumatına görə, hərbi xidmət keçmək istəyən qadınlar tibbi təhsil barədə orta-ixtisas diplomu təqdim etməlidir.
 
Qeyd olunur ki, 18-22 yaşlı, boyu 170 santimetrdən aşağı olmayan qadınlar hərbi xidmət üçün müraciət edə bilər.

Bundan başqa, fiziki məşğələlər üçün idmanla məşğul olmuş qadınlara üstünlük veriləcəyi bildirilib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti