Aİ zirvə görüşləri Böyük Britaniyanın iştirakı olmadan keçiriləcək

11-04-2019, 15:24
Oxunub: 55
"Zirvə görüşlərini Böyük Britaniyanın iştirakı olmadan keçirmək qərarı Fransanın tələbi ilə verilib"


Fransa Prezidenti Emanuel Makron Brüsseldəki Avropa İttifaqının (Aİ) sammitində bu təşkilatın zirvə görüşlərinə bundan sonra Böyük Britaniya nümayəndələrinin dəvət olunmaması tələbini qəbul etdirib.

Report RİA "Novosti”yə istinadən xəbər verir ki, Aİ-nin “Avropanın gələcəyi” adlı növbəti sammiti bu il mayın 9-da Rumıniyanın Sibiu şəhərində keçiriləcək.

“Zirvə görüşlərini Böyük Britaniyanın iştirakı olmadan keçirmək qərarı Fransanın tələbi ilə verilib. Bu isə birlikdən ayrılma prosesinin dönməz hala gəldiyini, yəni Böyük Britaniyanın bundan belə Aİ-nin digər üzvləri ilə eyni status daşımadığı anlamına gəlir” – “EuroActiv” yazıb.

Brüssel görüşünün yekun mətbuat konfransında Avropa Komissiyasının sədri Jan Klod Yunker bildirib ki, əgər Avropa İttifaqının sammiti “Brexit”in son razılaşdırılan 31 oktyabr tarixində keçirilərsə, axşam iclası yarımçıq tərk etməli olacaq. 

O, səlahiyyətinin həmin gün saat 24:00-da başa çatacağını zarafatyana qeyd edib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti