“Donald Tramp Türkiyəyə səfər edəcək”

10-04-2019, 14:15
Oxunub: 114
"ABŞ Prezidenti milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltona səfərin tarixini müəyyənləşdirməyi tapşırıb"


“ABŞ Prezidenti Donald Tramp Türkiyəyə səfər etməyi planlaşdırır”.

Report xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “NTV” televiziyasına müsahibəsində deyib.

O qeyd edib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla amerikalı həmkarı D.Tramp arasında telefon danışıqları olur: “Qarşılıqlı səfərlərə gəlincə, Donald Tramp Türkiyəyə səfər etmək istədiyini bildirib. Bununla bağlı ABŞ Prezidenti milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltona səfərin tarixini müəyyənləşdirməyi tapşırıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da ABŞ-a səfər edə bilər. İki dövlət arasında yanlış anlaşılmaların aradan qaldırılması və müsbət şəraitin yaradılması baxımından belə ziyarətlərin əhəmiyyətli olduğunu düşünürük”. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti