Yunanıstanın Krit adasında fövqəladə vəziyyət elan edilib

9-04-2019, 17:36
Oxunub: 55
Təbii fəlakət kurort mərkəzi olan adaya maddi ziyan vurub


Egey dənizində Yunanıstana məxsus Krit adasında leysan yağışları və daşqınlar səbəbindən fövqəladə vəziyyət elan olunub.

Report “İnterfax”a istinadən xəbər verir ki, təbii fəlakət kurort mərkəzi olan adaya maddi ziyan vurub, infrastruktur sistemləri dağılıb.

Ekathimerini.com xəbər verir ki, fevral-mart aylarında da davam edən daşqınlardan böyük zərər çəkən adaya hökumət 92 milyon avroya yaxın məbləğdə yardım ayırmaq barədə qərar verib.

Təbii fəlakət ölkənin başqa bölgələrində də ciddi fəsadlara yol açıb. Belə ki, paytaxt Afinada bəzi küçələrdə leysanın səbəb olduğu daşqınlar üzündən nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Leysan yağışları və fırtınanın daha bir neçə gün davam edəcəyi bildirilir.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti