Kanadada güclü qar səbəbindən bir neçə aviareys ləğv edilib

9-04-2019, 14:36
Oxunub: 60
Təxminən sutka ərzində əyalətlərə 20 santimetrə qədər qar yağıb


Kanadanın Nyu-Bransuik və Yeni Şotlandiya əyalətində güclü qar səbəbindən hava limanlarının işində problemlər yaranıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, hava şəraiti səbəbindən bir neçə reys ləğv edilib və gecikib.

Bu barədə həmçinin Qalifaks (Yeni Şotlandiya) və Monktonun beynəlxalq hava limanlarının rəsmi saytlarıda da məlumat var.

Regionların polisi sürücüləri yollarda diqqətli olmağa və ehtiyac olmadığı halda şəxsi avtomobildən istifadə etməməyə çağırıb.

Bildirilir ki, təxminən sutka ərzində əyalətlərə 20 santimetrə qədər qar yağıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti