Rezidenturaya qəbul imtahanının nəticələri açıqlanıb

8-04-2019, 16:09
Oxunub: 443
Nəticələrə əsasən, imtahanda iştirakı nəzərdə tutulan 930 namizəddən 21 nəfəri imtahana gəlməyib


Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul olmaq üçün keçirilən baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının nəticələrini elan edib.

Mərkəzdən Etatist.com-a verilən məlumata görə, namizədlər DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər. 

Namizədlər imtahan nəticələri haqqında məlumatı həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Nəticələrə əsasən, imtahanda iştirakı nəzərdə tutulan 930 namizəddən 21 nəfəri imtahana gəlməyib. 450 namizəd birinci mərhələnin müsabiqə şərtini (40 və daha yüksək bal) ödəyərək ikinci mərhələyə buraxılıb.

Ən yüksək nəticə, toplanılması mümkün olan 100 baldan 89 bal olub. 

Qeyd edək ki, rezidenturaya qəbul olmaq üçün ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı iyulun 14-də keçiriləcək.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti