ƏƏSMN tərəfindən 60 minə yaxın vətəndaş müraciəti cavablandırılıb

8-04-2019, 17:14
Oxunub: 62
Nazirliyin rəhbər vəzifəli şəxsləri və əməkdaşları tərəfindən 7 266 vətəndaş fərdi qaydada qəbul edilib


Bu ilin birinci rübü ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyitərəfindən 58 988 vətəndaşın müraciəti cavablandırılıb.

Bu barədə Etatist.com-a Nazirlikdən məlumat verilib. 

Müraciətlərin 28 262-si məktub, ərizə ilə və e-qaydada, 27 378-i 142“Çağrı mərkəzi” vasitəsilə, 1180-i iş telefonlarına, 2168-i isə sosial şəbəkələr (facebook, instagram səhifələri) ilə edilib.

Nazirliyin rəhbər vəzifəli şəxsləri və əməkdaşları tərəfindən fərdi qaydada qəbul edilən vətəndaşların sayı isə 7 266 nəfər olub. Onlardan 200 nəfəri (o cümlədən bölgələrdə qəbullar zamanı 85 nəfər) nazir tərəfindən qəbul edilib.

Vətəndaşların Nazirliyə etdikləri, həmçinin fərdi qəbullar zamanı müraciətlər bu və ya digər sosial təminat növünə hüququn müəyyən olunması, əmək hüquqları, tibbi-sosial ekspertiza və reabilitasiya, elektron xidmətlərdən istifadə, aktiv məşğulluq tədbirlərinə, o cümlədən özünüməşğulluq proqramına cəlb olunma və s. kimi aidiyyəti məsələlərlə bağlı olub.

Hər bir müraciətin qanunvericiliyin tələbləri əsasında cavablandırılması, sorğu xarakterli müraciətlərlə əlaqədar aydın şəkildə izahatlar verilməsi təmin edilib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti