Aİ İrana qarşı tətbiq edilən sanksiyaların müddətini uzadıb

8-04-2019, 15:31
Oxunub: 642
Məhdudlaşdırıcı tədbirlərin müddəti 2020-ci il aprelin 13-dək uzadılıb


Avropa İttifaqı (Aİ) İranda insan hüquqlarının pozulması ilə bağlı bu ölkəyə qarşı tətbiq etdikləri məhdudlaşdırıcı tədbirlərin müddətini 2020-ci il aprelin 13-dək uzadıb.

Report xəbər verir ki, Aİ Şurasının bəyanatında İranda insan hüquqları sahəsində ciddi pozuntular ilə bağlı 2011-ci ildən tətbiq olunan sanksiya siyahısındakı 82 şəxs və bir şirkət barəsində Avropa İttifaqı məkanına giriş qadağası, Avropa banklarında olan və ya aşkar ediləcək bütün aktivlərinin dondurulması kimi məhdudlaşdırıcı tədbirlər qüvvədədir.

Bununla yanaşı, təqiblər, telekomunikasiya vasitələrinin izlənməsi üçün istifadə olunan avadanlığın İrana ixracına qadağa qoyulub.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti