Prezident Xüsusi Təyinatlı Qüvvələrin şəxsi heyəti ilə görüşüb - Fotolar

2-04-2019, 14:10
Oxunub: 187
Müdafiə naziri Zakir Həsənov şəxsi heyət adından ordu quruculuğuna göstərdiyi diqqətə görə ali baş komandana minnətdarlığını bildirib


Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev aprelin 2-də Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin N saylı hərbi hissəsində olub.

Etatist.com Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Müdafiə naziri Zakir Həsənov Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə hərbi hissədə aparılan yenidənqurma işləri barədə məlumat verib.

Sonra Prezident İlham Əliyev hərbi hissənin xüsusi hazırlıq təlim meydanında xüsusi təyinatlıların döyüş hazırlığını izləyib və daha sonra hərbi qulluqçularla görüşüb.

Müdafiə naziri Zakir Həsənov şəxsi heyət adından ordu quruculuğuna göstərdiyi diqqətə görə ali baş komandana minnətdarlığını bildirib.

Sonra Prezident İlham Əliyevə xüsusi təyinatlıların geyim formaları, xüsusi təchizatı və ərzaq normalarının nümunələri təqdim olundu.

Prezident Xüsusi Təyinatlı Qüvvələrin şəxsi heyəti ilə görüşüb - Fotolar

Prezident Xüsusi Təyinatlı Qüvvələrin şəxsi heyəti ilə görüşüb - Fotolar

Prezident Xüsusi Təyinatlı Qüvvələrin şəxsi heyəti ilə görüşüb - Fotolar

Prezident Xüsusi Təyinatlı Qüvvələrin şəxsi heyəti ilə görüşüb - Fotolar

Prezident Xüsusi Təyinatlı Qüvvələrin şəxsi heyəti ilə görüşüb - Fotolar

Prezident Xüsusi Təyinatlı Qüvvələrin şəxsi heyəti ilə görüşüb - Fotolar

Prezident Xüsusi Təyinatlı Qüvvələrin şəxsi heyəti ilə görüşüb - Fotolar

Prezident Xüsusi Təyinatlı Qüvvələrin şəxsi heyəti ilə görüşüb - Fotolar

Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti