Aprel döyüşlərindən 3 il keçir

2-04-2019, 13:23
Oxunub: 200
Rəsmi məlumata görə Azərbaycan Silahlı Qüvvələri 2000 hektarlıq ərazini azad edib


2016-cı ilin aprel ayının 1-dən 2-nə keçən gecə Azərbaycan Silahlı Qüvvələri və Ermənistan ordusu arasında baş vermiş döyüşlər 1994-cü ildə imzalanan atəşkəs müqaviləsindən sonra ən şiddətli döyüşlər idi. 

Döyüşlər zamanı Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinin bir hissəsi işğaldan azad edilib. Tarixə Aprel döyüşləri və ya Dörd günlük müharibə kimi keçən döyüşlər nəticəsində Talış kəndi ətrafındakı yüksəkliklər, Seysulan kəndi, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı kəndi, Goranboy rayonunun Gülüstan kədi, Tərtərin Qazaxlar kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində yollar düşmən işğalından azad edilib.

Aprelin 5-də iki tərəfin də razılı ilə yenidən atəşkəs müqaviləsi imzalanıb. Rəsmi məlumata görə Azərbaycan Silahlı Qüvvələri 2000 hektarlıq ərazini azad edib. Döyüşlər zamanı 94 hərbçimiz şəhid olub, 2 hərbçimiz itkin düşüb və 39 hərbçi yaralanıb. 

2016-cı il aprelin 19-da Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamları ilə Azərbaycan Silahlı Qüvvələrinin 3 üzvü "Azərbaycanın Milli Qəhrəmanı", 7 üzvü "Azərbaycan Bayrağı" ordeni, 1 üzvü 2-ci dərəcəli və 4 üzvü 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, 19 üzvü "Vətən uğrunda" medalı, 43 üzvü "İgidliyə görə" medalı, 45 üzvü "Hərbi xidmətlərə görə" medalı, 2 üzvü "general-mayor" ali hərbi rütbəsi ilə mükafatlandırılıb.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlının verdiyi məlumata görə, Aprel döyüşlərində Ermənistana məxsus 30-dək tank, 320 döyüşçü məhv edilmiş və 500-dən artıq döyüşçüsü yaralanıb.

Etatist.com

Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti