Müdafiə naziri Pakistan Quru Qoşunlarının komandanı ilə görüşüb

23-03-2019, 11:22
Oxunub: 139
Tərəflər qarşılıqlı səfərlərin təşkili və görüşlərin keçirilməsinin vacibliyini bildirib


Martın 22-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov bu ölkənin Quru Qoşunları komandanı general Qamar Caved Bacva ilə görüşüb.

Etatist.com-un məlumatına görə Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı xəbərdə bildirilir ki, görüşdə Azərbaycan ilə Pakistan arasında əlaqələrin həm ikitərəfli, həm də çoxtərəfli formatda yüksələn xətlə inkişaf etməsindən, xüsusi ilə hərbi sahədə əməkdaşlığın genişləndirilməsindən, eləcə də strateji tərəfdaşlığın səviyyəsindən məmnunluq ifadə edilib.

Tərəflər qarşılıqlı səfərlərin təşkili və görüşlərin keçirilməsinin vacibliyini bildirərək müdafiə, hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əlaqələrin genişləndirilməsinin zəruriliyini bir daha qeyd ediblər.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti