Şotlandiyada qar uçqunu nəticəsində üç alpinist ölüb
13-03-2019, 16:33
Oxunub: 639
Hadisə yerinə xilasedici helikopterlər və təcili tibbi yardım həkimləri göndərilib
Şotlandiyanın Ben-Nevis dağında bir neçə alpinist qar uçqununa düşüb.Trend-in məlumatına görə, hadisə nəticəsində 3 nəfər ölüb, 1 nəfər isə yaralanıb. Hadisə yerinə xilasedici helikopterlər və təcili tibbi yardım həkimləri göndərilib.
Polisinin yaydığı məlumatında deyilir: "Şotlandiya polisi dağ xilasetmə əməliyyatını əlaqələndirir və hadisə qurbanlarının yaxınlarına dəstək göstərir".
Qeyd edək ki, Ben-Nevis Şotlandiyadakı Qrampian dağlarının ən yüksək zirvəsidir. Onun hündürlüyü 1344 metrə çatır.