Yaponiyada 5,2 bal gücündə zəlzələ baş verib

13-03-2019, 16:26
Oxunub: 299
Zəlzələ Vakayama prefekturasında Ki körfəzi sahillərində qeydə alınıb


Yaponiyada güclü zəlzələ baş verib.

Trend-in məlumatına görə, Yaponiya Baş Meteoroloji İdarəsi təkanların 5,2 bal gücündə olması barədə məlumat verib.

Məlumata görə, zəlzələ Vakayama prefekturasında Ki körfəzi sahillərində qeydə alınıb.

Zəlzələnin 50 metr dərinlikdə baş verdiyi bildirilir. Məlumata görə, təkanlar Yaponiyanın 47 prefekturasının 22-ində hiss olunub.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti