Müdafiə naziri ön xətt bölmələrində olub - VİDEO

13-03-2019, 16:23
Oxunub: 185
Müdafiə naziri xidmətdə fərqlənən hərbi qulluqçuları mükafatlandırıb


Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, keçirilən genişmiqyaslı təlimlərə rəhbərlik edən müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Nazirliyin digər rəhbər heyəti ön xətt bölmələrində olublar.

Bu barədə Etatist.com-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Müdafiə nazirinə əməliyyat şəraitinin vəziyyəti barədə məruzə edilib. General-polkovnik Z.Həsənov üzbəüz yerləşən düşmən mövqelərini müşahidə edib və bölmələrin daim döyüşə hazır vəziyyətdə olmasını təmin etmək məqsədilə müvafiq tapşırıqlar verib.

Bölmələrdəki şəraitlə tanış olan müdafiə naziri şəxsi heyət üçün yeni inşa edilən əsgər yataqxanası, silah otağı, ideoloji otaq, yeməkxana, məişət otağı, hamam, əşya anbarı, eləcə də digər xidməti obyektlərdən ibarət olan yaşayış kompleksinin açılışında iştirak edib.

Görülən işlərlə maraqlanan general-polkovnik Z.Həsənov hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində tədbirlərin dövlətimizin diqqət və qayğısı sayəsində daim davam etdirildiyini xüsusi vurğulayıb.

Müdafiə naziri xidmətdə fərqlənən hərbi qulluqçuları mükafatlandırıb və şəxsi heyətlə çay süfrəsi arxasında söhbət aparıb.

Sonra nazir cəbhəboyu zonada yerləşən kəndlərdən birində yerli sakinlərlə görüşərək əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə yaşayış məntəqələrimizin müdafiəsi barədə söhbət edib.

Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti