Prezident Xəzərdə təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında sənədləri təsdiqlədi - YENİLƏNİB

1-03-2019, 17:53
Oxunub: 222
Dövlət başçısı Aktau şəhərində imzalanmış Protokolu da təsdiq edib


Prezident İlham Əliyev “2010-cu il 18 noyabr tarixli “Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında Saziş”ə Xəzər dənizində terrorçuluqla mübarizədə əməkdaşlıq üzrə Protokol”un icrası ilə bağlı səlahiyyətli orqanların müəyyən edilməsi barədə sərəncam da imzalayıb.

Sərəncama əsasən, 2018-ci il fevralın 12-də Aktau şəhərində imzalanmış “2010-cu il 18 noyabr tarixli 2Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında Saziş2ə Xəzər dənizində terrorçuluqla mübarizədə əməkdaşlıq üzrə Protokol2 Azərbaycan Respublikası tərəfinin həyata keçirməsi ilə bağlı səlahiyyətli orqanlar qismində Daxili İşlər Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Sərhəd Xidməti müəyyən ediliblər. 


*** 

Azərbaycan Prezidenti İlham Əliyev 22010-cu il 18 noyabr tarixli “Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında2 sazişə Sərhəd orqanları arasında əməkdaşlıq və qarşılıqlı fəaliyyət üzrə” 2018-ci il avqustun 12-də Aktau şəhərində imzalanmış Protokolun təsdiq ediməsi haqqında qanunu imzalayıb.

Dövlət başçısı "2010-cu il 18 noyabr tarixli "Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında Saziş"ə Xəzər dənizində terrorçuluqla mübarizədə əməkdaşlıq üzrə" 2018-ci il avqustun 12-də Aktau şəhərində imzalanmış Protokolu da təsdiq edib. (Report)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti