Elman Rüstəmov: "Prezident dedi ki, problemli kreditlər məsələsində maliyyə önəmli deyil"

1-03-2019, 17:49
Oxunub: 441
Bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov bildirib


"Fiziki şəxslərin problemli kreditləri ilə bağlı məsələdə təklif var idi ki, borc yükünün bir hissəsini dövlət, bir hissəsini banklar, bir hissəsini isə vətəndaşların üzərinə qoyulsun. Hətta 1-ci devalvasiyanın nəticələrinin nəzərə alınmaması, 2-ci və daha böyük həcmdə devalvasiyanın nəticələrinin nəzərə alınması təklif edilirdi".

Bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov Real TV-də bildirib.

"Bununla belə, Prezident İlham Əliyev bildirdi ki, dövlət borc yükünü tam üzərinə götürməlidir, nəinki əhalinin, heç vaxt sektorunun da üzərinə yük düşməməlidir. Təbii ki, bunun üçün maliyyə vəsaiti lazımdır, lakin dövlət başçısı dedir ki, problemli kreditlər məsələsində maliyyə önəmli deyil. Yəni bu problemə maliyyə baxımından yanaşsaq bu sosial deyil, iqtisadi layihə olur. Sosial ədalət prinsipi tam şəkildə reallaşmalıdır", - deyə o, qeyd edib. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti