Azərbaycanda ilk dəfə olaraq ürək xəstələri üçün məktəb yaradılıb

1-03-2019, 17:42
Oxunub: 143
Proqrama kliniki kardioloqlar, psixoloqlar,reabilitoloqlar, diyetoloqlar, endokrinoloqlar cəlb olunub


Azərbaycanda ilk dəfə olaraq ürək xəstələri üçün məktəb yaradılıb.

Səhiyyə Nazirliyindən Etatist.com-a verilən məlumata görə, akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu nəzdində xroniki ürək çatışmazlığı xəstələri və onların qohumları üçün geniş reabilitasiya proqramı başlanılıb.

Belə xəstələr üçün məktəb yaradılıb. Məktəbdə dərslərdə xəstəliyin səbəbləri, simptomları, düzgün həyat tərzinin aparılması və vəziyyətlərinə uyğun pəhrizin saxlanılması yolları izah olunur.

Proqrama kliniki kardioloqlar, psixoloqlar,reabilitoloqlar, diyetoloqlar, endokrinoloqlar cəlb olunub.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti