Deputat: "Ailəmizin dollar krediti var, Prezidentin fərmanından biz də yararlanacağıq"

1-03-2019, 14:06
Oxunub: 69
Bunu açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli deyib


"Prezident İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" fərman xalqın rifahının yaxşılaşmasına xidmət edir. Bu, çox böyük addımdır".

Bunu Report-a açıqlamasında Milli Məclisin deputatı, Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib.

O bildirib ki, bəzi ölkələrdə bu problem hələ də həll edilməyib: “Bəzi ölkələrdə bu istiqamətdə qərarlar qəbul edilsə də, yerinə yetirilmədi. Çünki bunun həyata keçirilməsi üçün mexanizm olmalıdır. Bu müddətdə Azərbaycan hökumətinə Amerika, Rusiya, Qazaxıstan, Ukrayna modelləri təklif olunub. Burada kreditin müvafiq qurumlar arasında bölünməsindən söhbət gedirdi. Hökumət isə bu yükü öz üzərinə götürdü. Bu addım milyonlarla insanın mənafeyinə xidmət edir. Bu fərmandan bizim də ailəmiz yararlanacaq, dollar kreditimiz var. Bunun üçün Prezident İlham Əliyevə təşəkkür edirəm. Bəzi şəxslərin nə deməsindən asılı olmayaraq, bu fərman əhalinin köməyə ehtiyacı olan hissəsi üçün nəzərdə tutulub. Fərmanda qeyd olunub ki, güzəşt 10 min dollara qədər olan kreditlərə aiddir. Bu addımlarla islahatların davam edəcəyi göstərilir. Hazırki islahatlar həqiqi inqilabi islahatlardır”.

Deputat xatırladıb ki, məzənnə üzrə əsas dəyişikliklər 2015-ci ilin 21 fevral və 21 dekabr tarixlərində baş verib: "Xarici valyutada alınmış kreditlərin manat ekvivalentində yükü 0,78 AZN/USD məzənnə ilə necə idisə, həmin səviyyəyə endiriləcək. Həm 21 fevralda, həm də 21 dekabrda baş vermiş məzənnə dəyişiklikləri nəticəsində manat ekvivalentində borc yükü artmış kreditlər tənzimlənəcək, əlavə ödənilən vəsait kompensasiya şəklində geri qaytarılacaq. Bu, çox ciddi məsələdir”.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti