Güclü geomaqnit qasırğası başlayıb

27-02-2019, 14:49
Oxunub: 128
Peyk rabitəsi və naviqasiya sistemlərində müəyyən texniki nasazlıqlar qeydə alına bilər


Yer kürəsində güclü geomaqnit qasırğası başlayıb. 

Report xarici mətbuata istinadən xəbər verir ki, təbiət hadisəsi martın 2-dək davam edəcək.

Mütəxəssislər bu qasırğanın insan səhhətinə mənfi təsir edəcəyini və xroniki xəstəliklərdən əziyyət çəkənlərin diqqətli olmasını tövsiyə edirlər. Yerə yaxınlaşan Günəş küləyi yuxusuzluq, ağır baş ağrısı, ürək-damar sistemində pozulmalar və tez-tez əhval-ruhiyyənin düşməsinə səbəb ola bilər.

Eyni zamanda, peyk rabitəsi və naviqasiya sistemlərində müəyyən texniki nasazlıqlar qeydə alına bilər. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti