"Donald Tramp və Kim Çen In birgə saziş imzalayacaq"

27-02-2019, 21:17
Oxunub: 127
Yerli vaxtla saat 14:05-də imzalanacaq sənədin mahiyyəti açıqlanmır


ABŞ Prezidenti Donald Trampla Şimali Koreya Dövlət Şurasının sədri Kim Çen In Hanoy sammiti çərçivəsində sabah - fevralın 28-də saziş imzalamaq niyyətindədirlər.

Report TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin Mətbuat xidməti məlumat yayıb.

Yerli vaxtla saat 14:05-də imzalanacaq sənədin mahiyyəti açıqlanmır.

Bununla yanaşı, tərəflərin həmin gün 45 dəqiqə ərzində təkbətək görüş keçirəcəkləri də bildirilir.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti