Xocalı soyqırımından 27 il ötür

26-02-2019, 12:13
Oxunub: 119
Öldürülənlərin 106-sı qadın, 63-ü azyaşlı, 70-i yaşlı insanlar olub


Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Azərbaycanın Xocalı şəhərinin işğalı və Xocalı soyqırımının törədilməsinin ildönümüdür.

Etatist.com-un məlumatına görə, Xocalı soyqırımından 27 il ötür.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinə hücum edib. Şəhərin 2500 sakini xilas olmaq üçün Ağdam istiqamətində hərəkət edib. Ermənilər isə dinc sakinləri gülləbaran ediblər.

Erməni təcavüzkarlarının Xocalıya amansız hücumu zamanı 613 nəfər öldürülüb, 1000-ə yaxın dinc sakin müxtəlif dərəcəli güllə yarası alıb. Öldürülənlərin 106-sı qadın, 63-ü azyaşlı, 70-i yaşlı insanlar olub. Bundan başqa, 8 ailə bütünlüklə məhv edilib, 25 uşaq hər iki valideynini, 130-u valideynlərindən birini itirib. Faciə baş verən gecə ermənilər 1275 mülki vətəndaşı əsir götürüb. Hadisədən 27 il ötsə də, əsir düşənlərdən 150 nəfərin taleyi barədə hələ də dəqiq məlumat yoxdur.

Silahlı hücumdan qaçmaqla canını qurtarmaq istəyən mülki vətəndaşlar ermənilərin əvvəlcədən düşündüyü pusquya düşərək həlak olub. Facədən keçən ilk 4 gün ərzində Xocalıdan Ağdama 200 cəsəd gətirilib. 181 meyit (130 kişi, 51 qadın, ö cümlədən 13 uşaq) elə həmin Ağdamda tibbi ekspertizadan keçirilib. Məlum olub ki, 151 nəfər aldığı güllə yarasından, 20-si qəlpə yarasından ölüb, 10 nəfər küt alətlə xüsusi qəddarlıqla qətlə yetirilib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti