“Microsoft”un əməkdaşları hərbi məqsədli müqavilənin icrasına etiraz ediblər

23-02-2019, 16:32
Oxunub: 398
"Biz silah hazırlığına razılıq verməmişik"


“Microsoft” şirkətinin bir qrup əməkdaşı ABŞ Müdafiə Nazirliyinin sifarişinə əsasən “HoloLens” tipli holoqrafik eynəklər modelini hazırlanmasına qarşı çıxıb.

Report “Bloomberg”ə istinadən xəbər verir ki, onlar bununla bağlı şirkət rəhbərliyinə məktub ünvanlayıblar. 

“Microsoft”un 50 əməkdaşının imzasının olduğu məktubda şirkətin məhsullarının hərbi məqsədlərlə istifadəsindən narahatlıq ifadə edilir: “Biz silah hazırlığına razılıq verməmişik və əməyimizin hansı məqsədlərlə istifadə olunacağına dair bizim də fikrimizi nəzərə almağınızı istəyirik”. Onlar şirkət rəhbərliyini sözügedən müqaviləyə xitam verməyi, “Microsoft” məhsullarının istifadəsinə dair etika məsələlərini tənzimləyəcək xüsusi müstəqil komissiya yaratmağa çağırıblar.

Qeyd edək ki, ötən ilin noyabrında “Microsoft” şirkətinin sözügedən eynəklərin hərbi təlim və sırf hərbi məqsədlərlə istifadə etmək üçün tədarükünü nəzərdə tutan 480 milyon dollar məbləğində müqavilə imzaladığı açlıqlanmışdı. Müqaviləyə əsasən, ABŞ Quru Qoşunlarına 100 minədək həmin eynəkdən hazırlanması nəzərdə tutulurdu. 

Xatırladaq ki, ilkin variantı 2015-ci ilin yanvar ayında təqdim edilən “HoloLens” eynəklərində xüsusi çip vasitəsilə real görüntüyə holoqrafik təsvirlər əlavə olunur.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti