ABŞ səfirliyi qarşısında barikada

10-06-2013, 11:25
Oxunub: 870


Türkiyənin paytaxtı Ankarada İstanbulun Gezi parkı aksiyalarına dəstək nümayişləri ötən gecə də davam edib.

 

Etatist.com-un ANSPress-ə istinadən verdiyi xəbərə görə, ABŞ səfirliyinin qarşısında barrikadalar quraraq, yolu bağlayan və daş və şüşə qablarla hücum edən qrupa polis müdaxilə edib. Təhlükəsizlik qüvvələri etirazçılara qarşı su şırnağı və gözyaşardıcı qazdan istifadə edib. ABŞ səfirliyi yaxınlığındakı binalara ziyan dəyib.


Bundan əvvəl isə gün ərzində Kızılay meydanında aksiyalar keçirilmiş, polis bu aksiyaları dağıtmışdı.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti