Sahil Babayev Sabirabadda vətəndaşları qəbul edəcək

18-02-2019, 15:02
Oxunub: 123
Qəbul zamanı nazirliyin səlahiyyət dairəsinə aid məsələlərə dair müraciətləri cavablandırılacaq


Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev fevral 27-də Sabirabad rayonunda Sabirabad, Saatlı, Hacıqabul rayonlarının və Şirvan şəhərinin sakinlərini qaydada qəbul edəcək.

Bu barədə Etatist.com-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. 

Qəbul zamanı nazirliyin səlahiyyət dairəsinə aid məsələlərə (əmək hüquqlarının müdafiəsi, sosial təminat növlərinə hüququn müəyyən edilməsi, tibbi-sosial ekspertiza və reabilitasiya, aktiv məşğulluq tədbirlərinə cəlb edilmə və s.) dair müraciətləri cavablandırılacaq. Müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Vətəndaşlar adını, soyadını, atasının adını, müraciətinin məzmununu, yaşadığı ünvanı və telefon nömrəsini göstərməklə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə rəsmi şəkildə (info@mlspp.gov.az elektron ünvana və ya poçt vasitəsilə) müraciət edərək və ya 142 - Çağrı mərkəzi ilə əlaqə saxlayaraq fevralın 25-dək qəbula yazıla bilərlər.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti