Qahirədə partlayış baş verib

19-02-2019, 02:43
Oxunub: 181
Kamikadze Qahirənin mərkəzi rayonlarından birində saxlanılan zaman özünü partladıb


Bazar ertəsi axşam Qahirənin mərkəzində baş vermiş partlayış nəticəsində biri polis əməkdaşı olmaqla 3 nəfər ölüb.

Report TASS-a istinadən xəbər verir ki, bu barədə "Al-Hadath" telekanalı məlumat yayıb.

Bildirilir ki, kamikadze Qahirənin mərkəzi rayonlarından birində saxlanılan zaman özünü partladıb. Misirin təhlükəsizlik qüvvələri şübhəli şəxsi Əl-Əzhar universiteti yaxınlığındakı tarixi El-Qamaliyə məhəlləsində təqib ediblər və bu zaman o, üzərində olan partlayıcı qurğunu işə salıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti