Beynəlxalq “Qış təlimi - 2019” davam edir - VİDEO

18-02-2019, 21:07
Oxunub: 232
Helikopterlərdən endirilən taktiki hava desantı qrupları ən çətin tapşırıqları praktiki yerinə yetirirlər


Türkiyənin Qars şəhərində keçirilən beynəlxalq “Qış təlimi-2019”da hərbi qulluqçularımızın iştirakı davam edir.

Müdafiə Nazirliyindən Etatist.com-a verilən məlumata görə, təlimin ssenarisinə əsasən, qarlı və şaxtalı havada təyyarə, eləcə də helikopterlərdən endirilən taktiki hava desantı qrupları ən çətin tapşırıqları praktiki yerinə yetirirlər.

Təlimdə iştirak edən digər ölkələrin bölmələri ilə qarşılıqlı əlaqədə döyüş atışlarını icra edən Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları çoxmillətli qış təlimində ölkəmizi layiqincə təmsil edirlər.

Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti