Nohur balıqçılığı təsərrüfatlarının sahibləri ilə görüşlər davam edir

18-02-2019, 11:21
Oxunub: 43
Görüşdə sahibkarların problemləri dinlənilib


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) balıqçılıq üzrə mütəxəssisləri nohur balıqçılığı (akvakultura) təsərrüfatlarının sahibləri ilə növbəti görüşü Masallı rayonunda keçirib. 

Nazirliyin Mətbuat xidmətindən Etatist.com-a verilən məlumata görə, Cəlilabad, Biləsuvar, Lənkəran, Masallı və Astara rayonlarının nohur balıqçılığı (akvakultura) təsərrüfatlarının sahiblərinin iştirak etdiyi görüşdə sahibkarlara nohurlarda balıq yetişdirilməsinin inkişaf perspektivləri, daha yüksək məhsuldarlığın əldə olunması üsulları və keyfiyyətli yem təchizatının təmin olunması ilə bağlı məsləhətlər verilib, sahibkarların problemləri dinlənilib və həlli yolları müzakirə edilərək onlara müvafiq tövsiyələr verilib. Görüşdə nohur balıqçılığı təsərrüfatlarının qeydiyyata alınması proseduru ilə bağlı sahibkarlar təlimatlandırılıb, yarana biləcək sualların cavablandırılması üçün ETSN-in müvafiq qurumlarına müraciət etmələri onların diqqətinə çatdırılıb.

Xatırladaq ki, belə bir görüş Salyan və Neftçala rayonlarının nohur balıqçılığı (akvakultura) təsərrüfatlarının sahibləri ilə də keçirilib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti