Aİ Rusiyaya qarşı sanksiyalar tətbiq edilməsi barədə qərar verib

16-02-2019, 16:42
Oxunub: 197
"Qərar artıq müvafiq səviyyədə qəbul edilib"


Avropa İttifaqı Kerç boğazında baş vermiş insidentə görə Rusiyaya sanksiya tətbiq etməyə qərar verib.

Report "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Avstriyanın xarici işlər naziri Karin Knaysl bildirib.

"Qərar artıq müvafiq səviyyədə qəbul edilib", - o deyib.

Daha əvvəl Almaniya kansleri Angela Merkel Almaniyanın Rusiyaya qarşı sanksiyaları dəstəklədiyini və onların razılaşdırılmalı olduğunu söyləyib.

Qeyd edək ki, Kerç boğazında baş vermiş insidentə görə Rusiyaya qarşı ABŞ da sanksiyalar tətbiq edib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti