AQTA sahibkarlara müraciət edib

15-02-2019, 15:28
Oxunub: 44
"Əks halda, qanunvericiliyin tələblərinə uyğun tədbirlər görüləcək"


Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi sahibkarlara müraciət edib. 

Agentlikdən Etatist.com-a daxil olan müraciətdə bildirilir ki, Azərbaycanda istifadəyə yararsız, vaxtı keçmiş və istifadəsi qadağan olunan pestisidlər, bioloji preparatlar, onların birləşmələrinin istehsalı, saxlanması, satışı və tətbiqi yolverilməzdir.

Məlumata görə, Agentlik tərəfindən istifadəyə yararsız, vaxtı keçmiş və istifadəsi qadağan olunmuş pestisidlərin, bioloji preparatların, onların birləşmələrinin və qablarının mövcudluğunu yerində müəyyənləşdirmək üçün Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi yanında Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Səhiyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə inventarlaşdırma komissiyası yaradılıb.

"Əgər öhdələrində istifadəyə yararsız, vaxtı keçmiş və istifadəsi qadağan olunmuş pestisidlər, bioloji preparatlar, onların birləşmələri və qablaşmaları varsa, dərhal bu barədə Agentliyə məlumat versinlər. Əks halda, qanunvericiliyin tələblərinə uyğun tədbirlər görüləcək", - deyə Agentlikdən bildirilib. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti