Muxtar Babayev Beyləqanda vətəndaşları qəbul edib

15-02-2019, 14:15
Oxunub: 114
Qəbulda Beyləqan, İmişli, Zərdab, Fizuli, Xocavənd, Laçın, Ağcabədi, Ağdam və Bərdə rayonlarının sakinləri iştirak ediblər


Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Beyləqan rayonunda vətəndaş qəbulu keçirib. 

Nazirlikdən Etatist.com-a verilən məlumata görə, Beyləqan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Beyləqan, İmişli, Zərdab, Fizuli, Xocavənd, Laçın, Ağcabədi, Ağdam və Bərdə rayonlarının sakinləri iştirak ediblər.

Nazir Muxtar Babayev və Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev qəbuldan əvvəl mərhum Prezident Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.

Qəbul zamanı meşələrin qorunması, biomüxtəliflik, ətraf mühitin və ekoloji tarazlığın mühafizəsi, ətraf mühitin monitorinqi və s. məsələlərlə bağlı vətəndaşların müraciət və təklifləri dinlənilib. Müraciətlərdə qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, digərləri üzrə Nazirliyin aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.

Vətəndaşlar bölgə sakinlərinin yerindəcə qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını bildirərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti