"Tələbə təqaüdlərinin artırılmasına 25 milyon manat əlavə vəsait ayrılıb"

15-02-2019, 13:10
Oxunub: 94
"Təqaüd bütün ali təhsil müəssisələrinə şamil ediləcək"


"Tələbə təqaüdlərinin artırılması üçün dövlət büdcəsindən ilkin hesablamalara görə 25 milyon manat əlavə vəsaitin ayrılması nəzərdə tutulub".

Report xəbər verir ki, bunu təhsil naziri Ceyhun Bayramov keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, təqaüd almaq hər bir tələbənin istəyidir: "Daha yüksək təqaüd almaq üçün can atmaq lazımdır. Əvvəlki illərlə müqayisədə rəqabətlilik mühiti bu gün də var. Bu gün artım nəticəsində akademik göstəriciləri yüksəl olan tələbələrin təqaüdü 130 manatdır. Təqaüd bütün ali təhsil müəssisələrinə şamil ediləcək. Yəni özəl ali məktəblərdə oxuyan və akademik göstəriciləri yüksək olan tələbələr də artımla olan vəsaitləri ala biləcəklər".

Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamına əsasən, 600-ə yaxın doktorantın və 110 mindən artıq tələbənin təqaüdləri orta hesabla 20 faiz artacaq. Dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayının martın 1-dən 16 000 vahid artırılması və təqaüd alan tələbələrin sayının tələbələrin ümumi sayına olan nisbətinin hazırkı 31 faizdən 2019-2020-ci tədris ilində 45 faizə, 2020-2021-ci tədris ilindən başlayaraq isə 50 faizdən az olmayan səviyyəyə çatdırılması nəzərdə tutulur. Sərəncamla ali təhsil müəssisələrində müvəffəqiyyət göstəriciləri əsasında dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayı martın 1-dən 30 faiz artacaq. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti