Gürcüstan Prezidenti Almaniyaya səfər edəcək

15-02-2019, 16:18
Oxunub: 67
Səfər çərçivəsində dövlət başçısı Almaniya kansleri Angela Mekellə görüşəcək


Gürcüstan Prezidenti Salome Zurabişvili fevralın 20-21-də Almaniyaya rəsmi səfər edəcək.

Report-un Gürcüstan bürosu xəbər verir ki, səfər çərçivəsində dövlət başçısı Almaniya kansleri Angela Mekellə görüşəcək.

Görüşdə Gürcüstan və Almaniya arasında ikitərəfli əməkdaşlıq, Cənubi Qafqaz bölgəsindəki vəziyyət və Avropa İttifaqı-Gürcüstan münasibətləri müzakirə olunacaq.

S.Zurabişvili Almaniyadan öncə fevralın 17-19-da Fransaya işgüzar səfər edəcək. Səfər çərçivəsində o, Fransa Prezidenti Emanuel Makronla danışıqlar aparacaq.  
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti