Britaniya Parlamenti "Brexit" üçün yeni təklifi qəbul etməyib

15-02-2019, 01:51
Oxunub: 73
258 deputat sənədin lehinə, 303-ü isə əleyhinə səs verib


Britaniya Parlamentinin İcmalar Palatası, hökumətin ölkənin Avropa Birliyindən (AB) çıxmasına dair şərtlər haqqında təklif etdiyi yeni texniki sənədi qəbul etməyib.

Report RİA "Novosti"yə istinadən xəbər verir ki, 258 deputat sənədin lehinə, 303-ü isə əleyhinə səs verib.

Yanvar ayında Britaniya Parlamenti Baş nazir Tereza Mey tərəfindən təklif edilən AB ilə "Brexit" müqaviləsini rədd edib, 29 yanvarda isə Avropa Birliyi ilə əsas məsələ - İrlandiya sərhədi problemi mövzusunda müzakirələrin davam etdirilməsinə icazə verən "Brexit" ilə bağlı texniki sənədə dəyişiklikləri təsdiqləyib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti