Cammu və Kəşmirdə partlayış baş verib

13-02-2019, 17:49
Oxunub: 91
Zərərçəkənlər xəstəxanalara yerləşdirilib


Cammu və Kəşmirdə bir mədrəsədə baş verən partlayış nəticəsində 28 şagird xəsarət alıb.

Report “Window to News”ə istinadən xəbər verir ki, polisdən verilən məlumata görə, zərərçəkənlər xəstəxanalara yerləşdirilib.

İlkin məlumata görə, hadisəyə səbəb şagirdlərdən birinin çantasında sinifə gətirdiyi qumbara ilə oynaması olub.

Hadisə barədə xəbərin yayılması sakinlərlə asayiş keşikçiləri arasında toqquşmaya səbəb olub.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti