Makedoniyanın adı rəsmən dəyişdirilib

13-02-2019, 14:21
Oxunub: 68
Konstitusiyaya edilən dörd dəyişiklik Parlament tərəfindən qəbul olunub


Makedoniya Respublikasının Şimali Makedoniya adlanması barədə Prespan sazişi rəsmi olaraq qüvvəyə minib.

Trend-in məlumatına görə, bu barədə Yunanıstanın xarici işlər nazirinin müavini Yorqos Katrunqalos və keçmiş Makedoniya Respublikasının xarici işlər naziri Nikola Dimitrov Twitter sosial şəbəkəsində yazıblar.

Bundan əlavə, Konstitusiyaya edilən dörd dəyişiklik Parlament tərəfindən qəbul olunub. Bu isə ölkənin adının rəsmi olaraq dəyişməsi deməkdir.

Xatırladaq ki, Yunanıstan və Makedoniya sonuncu adı barədə sazişi 2018-ci ilin iyun ayında imzalayıb. Saziş faktiki olaraq Twitter Makedoniya üçün NATO və Avropa İttifaqına daxil olmağa imkan verir.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti