Böyük Britaniyada 140 milyonçunun işinə baxılır

13-02-2019, 16:44
Oxunub: 156
"NCA-nın diqqətini var-dövlətləri 50 min funt sterlinqdən qat-qat çox olan zəngin vətəndaşlar çəkib"


Böyük Britaniyanın Cinayətkarlıqla Mübarizə Agentliyi (NCA) çoxu Rusiya vətəndaşı və ya rusiyalı olmaqla 140-a yaxın zəngin insanın işlərini araşdırır.

Report xəbər verir ki, bu barədə "RİA Novosti"yə NCA-dakı mənbə bildirib.

Qeyd edilib ki, NCA zəruri məlumatları toplayır və haqqında araşdırmanın aparıldığı şəxslərdən 2018-ci ildə qüvvəyə minən qanunvericiliyə uyğun olaraq kapitalın mənşəyini izah etməyi xahiş edir.

Agentliyin həmsöhbəti siyahıda Rusiyadan başaqa, digər ölkələrin, o cümlədən Afrika ölkələrinin nümayəndələrinin olduğunu qeyd edib.

Mənbənin sözlərinə görə, NCA-nın diqqətini var-dövlətləri 50 min funt sterlinqdən qat-qat çox olan zəngin vətəndaşlar çəkib: "Söhbət milyonlardan gedir".
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti