Müdafiə naziri Türkiyənin müdafiə nazirinə başsağlığı verib

13-02-2019, 13:17
Oxunub: 84
"Bütün yaralılara Tanrıdan şəfa diləyirəm"


Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov İstanbul şəhərinin Çəkməköy səmtində hərbi helikopterin qəzaya uğraması ilə əlaqədar Türkiyənin milli müdafiə naziri Hulusi Akara və Baş Qərargah rəisi ordu generalı Yaşar Gülerəbaşsağlığı ünvanlayıb.

Etatist.com xəbər verir ki, başsağlığında deyilir: 

“Qardaş Türkiyə Respublikasının İstanbul şəhərinin Çəkməköy səmtində hərbi helikopterin qəzaya uğraması nəticəsində hərbi qulluqçuların həlak olması və xəsarət alması haqqında xəbər məni dərindən kədərləndirdi.

Sizin acınız bizim də acımızdır.

Həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. Bütün yaralılara Tanrıdan şəfa diləyirəm.

Allah rəhmət eləsin”.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti