"AÇG" yataqlar blokunun əməliyyat məsrəfləri artıb

13-02-2019, 13:57
Oxunub: 83
Məlumata görə, bu, 2017-ci ilin göstəriciləri ilə müqayisədə 49 mln. dollar və ya 10,7% çoxdur


2018-ci il ərzində “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar bloku üzrə fəaliyyətlərə, təqribən, 505 mln. dollar əməliyyat məsrəfləri xərclənib.

Bu barədə Report yataqlar blokunun operatoru olan “BP-Azerbaijan” şirkətinin tərəfdaşlarla birgə yaydığı illik hesabata əsasən xəbər verir.

Məlumata görə, bu, 2017-ci ilin göstəriciləri ilə müqayisədə 49 mln. dollar və ya 10,7% çoxdur.

2018-ci il ərzində yataqlar blokunun fəaliyyətlərinə təqribən 1 mlrd. 150mln. dollar əsaslı məsrəflər xərclənib ki, bu da 2017-ci ilin göstəriciləri ilə müqayisədə 30 mln. dollar və ya 2,5%azdır.

AÇG-də iştirak payları: BP (30,37%), SOCAR (25,0%), “Chevron” (9,57%), “İnpex” (9,31%), “Equinor” (7,27%), “ExxonMobil” (6,79%), TPAO (5,73%), “İtochu” (3,65%), ONGC Videsh Limited (OVL) (2,31%).

AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.   
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti